Zülfiyyə Xanbabayeva Emindən danışdı- - "O, yaxşı insandır"

zulfiyye-xanbabayeva-eminden-danisdi-
Oxunma sayı: 1717


“Qafqazinfo”nun məlumatına görə, “Onlar” verilişinə açıqlama verən xalq artisti Ağalarovu xarizmatik və sadə adlandırıb,  ona ifa etdikləri “Azərbaycan” mahnısı üçün təşəkkür edib:

“Eminlə Azərbaycan  mahnısını yazdırdıq. Emin mənə təklif edəndə, məsuliyyəti o an dərk elədim. Hər kəs bu mahnını klassik ifa edib. Biz isə aranjemanında böyük dəyişiklik etdik. Mahnıya öz ruhumuzu verdik. Emin ilk dəfə Azərbaycan dilində mahnı ifa etdi və çox gözəl alındı. Eminə təşəkkür edirəm, yaxşı ki, bu mahnı ilə mənə müraciət edib. Səs yazma prosesi çox pozitiv keçdi. Həm istedadlı, həm peşəkar, həm xarizmatik, həm sadə olasan. Məşhur olmaq asandır, insan olmaq çətindir. Emin çox yaxşı insandır. Yəqin “Azərbaycan” mahnısına klip də çəkdirəcəyik. Bu haqda gərək danışaq”. 

Könül