Zülfiyyə Xanbabayeva qızını belə təbrik etdi

zulfiyye-xanbabayeva-qizini-bele-tebrik-etdi
Oxunma sayı: 4672

Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dənizin ad günüdür.  “Qafqazinfo” xəbər verir ki, müğənni instaqram səhifəsində video paylaşaraq övladını təbrik edib:

“Elə hisslər var ki, sözlə ifadə etmək olmur. O hissləri yaşadıqdan sonra həyatın anlamını dərk edirtsən. Analıq hissi- 11 il öncə bu hissi yaşamışam. Qızım, Dənizim! Dünyama xoş gəldin. Ən dəyərli varlığım, ad günün mübarək”. 

Xatırladaq ki, ifaçı "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. O, 2007-ci ildə ana olub.