Zülfiyyədən ayağının sınması xəbərinə - Münasibət

zulfiyyeden-ayaginin-sinmasi-xeberine
Oxunma sayı: 5510

Xalq artisti Zülfiyyə Xanbabayeva ayağının sınması xəbərini təkzib edib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni bu haqda sosial şəbəkədə açıqlama verib:

“Heç bir narahatlığa səbəb yoxdur. Hər şey yaxşıdır. Özümə heç bir şey olmayıb. Hətta səhnəmi belə davam etdirdim”. 

Xatırladaq ki, Xanbabayeva axşam saatlarında “Azərbaycan” mahnısını ifa edərkən büdrəyərək yıxılıb. Sənətçi həmin anın videosunu İnstaqramda paylaşaraq “Oyandım ki, gips” sözlərini yazıb. Bu isə xalq artistinin ayağının sınması xəbərlərinin yayılmasına səbəb olub.