Zülfüqar Mikayılov Qobustana göndərildi

Zülfüqar Mikayılov Qobustana göndərildi
Oxunma sayı: 1244

Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” təşkilatının üzvü Zülfüqar Mikayılov və digərlərinin cinayət işi üzrə proses yekunlaşıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə hökmün Z.Mikayılovla bağlı hissəsinə dəyişiklik edilib. 

Onun cəzasının müddəti olduğu kimi saxlanılsa da, cəzanı çəkəcəyi yer dəyişdirilib. Z.Mikayılovun ümumi rejimli cəzaçəkmə müəssisəsindən Qobustan qəsəbəsində yerləşən xüsusi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar verilib. 

Digər şəxslərlə bağlı hökm qüvvədə saxlanılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov, Elman Ağayev, Mehman Quliyev, Ramil Seyfullayev və Faiq Allahverdiyevin hər biri 13 il, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov və Əli Hüseynovun hər biri 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi