Zümrüd bu kanalda aparıcı olacaq

zumrud-bu-kanalda-aparici-olacaq
Oxunma sayı: 1217

Bir müddət əvvəl ARB TV ilə yollarını ayıran Zümrüd Qasımovanın yeni iş yeri bəlli olub. 

“Qafqazinfo”nun məlumatına görə, teleaparıcı gələn aydan etibarən Space TV-nin efirində görünməyə başlayacaq. 

Z. Qasımova öz prodakşını quraraq yeni bir televiziya layihəsi hazırlayıb və sözügedən kanala təqdim edib.  

Proqramın adı və mövzusu hələlik məlum deyil.

Qeyd edək ki, Qasımova “Gəlin danışaq” verilişinin aparıcısı olub.