Zurab Seretelinin sərgisi olacaq

zurab-seretelinin-sergisi-olacaq
Oxunma sayı: 865

Mayın 22-də Heydər Əliyev Mərkəzində tanınmış rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılacaq. 

“Qafqazinfo” xəbər verir ki, Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər seriyasının davamıdır.

Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox əsər - rəssamın yaradıcılıq yolunu əks etdirən rəsmlər və heykəllər nümayiş olunacaq.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgi avqustun 25-dək davam edəcək.