Zurabişvilidən Rusiya rəhbərliyinə çağırış

zurabisviliden-rusiya-rehberliyine-cagiris
Oxunma sayı: 2230

Gürcüstan Prezidenti Salome Zurabişvili qatıldığı brifinqdə “Rustavi 2” kanalının jurnalisti Georgi Qabuninin Rusiya prezidentini canlı efirdə təhqir etməsindən sonra yaranan gərginlikdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, ölkə başçısı Rusiya hakimiyyətinə səslənərək onları radikal gürcü qüvvələrinin təxribatlarına cavab verməməyə çağırıb:

“Əgər Rusiya radikal qüvvələrin provokasiyasına uysa, onların dağıdıcı məqsədinə kömək etmiş olacaq. Regionumuzda sülhün sabitliyini qoruyan yeganə yol sülh siyasətimizdir”.