110 min qaçqın Türkiyəyə ümid edir

110-min-qacqin-turkiyeye-umid-edir
Oxunma sayı: 653

Hələbdən yeni köç axını Türkiyənin qapısında dayanıb.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb. Məlumata görə, 10 min suriyalı qaçqın Türkiyə-Suriya sərhədində gözləyir, 70 min nəfər isə sərhədin Suriya tərəfdəki bölgəsində on düşərgədə qalır.

Məlumatda bildirilir ki, ümumilikdə 110 min qaçqın Türkiyə qapısına dayanıb.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Londonda çıxışı zamanı 10 min suriyalının Türkiyə sərhədinə gəldiyini bildirmişdi.