Bu yol bağlanır

bu-yol-baglanir-
Oxunma sayı: 1108

Bu gün aparılacaq təmir işləri ilə əlaqədar olaraq Baki Dairəvi-1 Avtomobil yolunun "Şamaxinka" deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.