“0:7 hesabı ilə uduzmaq yaxşıdır”

-07-hesabi-ile-uduzmaq-yaxsidir
Oxunma sayı: 651

“Qafqazinfo”nun qol.az-a istinadən verdiyi məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Vəli Qasımov deyib.
Vəli Qasımov hesab edir ki, azarkeşlər yaxşı oyuna baxmaq istəyiblər: "Amma bir komandanın ifasında şou izlədilər. Əlbəttə, 0:7 üzücü nəticədir. Amma məşqçilərimdən biri demişkən, , 7 dəfə 0:1 hesabı ilə uduzmaqdansa 1 dəfə 0:7 hesabı ilə uduzmaq yaxşıdır".

Qeyd edək ki, Sant-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 24-cü beynəlxalq turnirdə Azərbaycan yığması finlandiyalı həmyaşıdlarına 0:7 hesabıyla uduzub.