Rusiyada turist gəzintisində 10 uşaq və yaşca böyük 1 şəxs ölüb.
“Qafqazinfo”nun RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə məsələ ilə bağlı yaradılan istintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin açıqlama verib.
O qeyd edib ki, Kareliyada Syamzero gölündə gəzintisiyə çıxmış qrupda olan 11 nəfərin cəsədi aşkarlanıb, 4 nəfərin axtarışları davam edir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 36 nəfəri xilas etməyi bacarıblar. Qeyd edilir ki, ölən uşaqlar xilasedici jileti olmadığına görə boğulublar.
Hadisə göldə qəfil başlayan fırtına nəticəsində baş verib. Belə ki, qayıqlar çevrilib və turist qruplarının üzvləri suya tökülüblər.
Göldə 3 qayıq olub, ümumilikdə 47 nəfər həmin qayıqlarda gəzintiyə çıxıblarmış. 12-17 arası yaşı olan uşaqlar “Park-otel Syamozero” lagerinin üzvləri olub.
Son xəbərlər
Son Xəbərlər