“100 kağız”ın təqdimatı oldu

-100-kagizin-teqdimati-oldu
Oxunma sayı: 1124


“Qafqazinfo” nun məlumatına görə, rejissor Şahin Zəkizadənin ekranlaşdırdığı filmdə xalq artisti Arif Quliyev, Bəhram Bağırzadə, Dilarə Əliyeva, Azər Axşam, Roza Zərgərli və başqalarının rol alıb. 

Qonaqları salamlayan Zəkizadə hər kəsə təşəkkür edib:

“Təşəkkür edirəm ki, bu gün bizi tək qoymadınız. Filmin çəkilişlərində 52 nəfər əziyyət çəkib. Uzun müddətdir ki, bu filmi ekranlaşdırmaq istəyirdim. Arzum reallaşdı. Əziyyət çəkən hər kəsə təşəkkür edirəm”. 

Mərasimə xalq artisti Faiq Ağayev,  əməkdar artist Sənubər İsgəndərli, Dilarə Əliyeva, Bəhram Bağırzadə və başqaları iştirak edib. 

Könül