14 yaşlı qızın üstünə şkaf düşdü

-14-yasli-qizin-ustune-skaf-dusdu
Oxunma sayı: 1662

Azərbaycanda 14 yaşlı qız bədbəxt hadisə ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, Ağstafa Mərkəzi Rayon Xəstəxanasından Anspress-ə verilən məlumata görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2002-ci il təvəllüdlü Gülsəfa Fərhad qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, 14 yaşlı qız şkafın üst rəflərindən birindən əşya götürmək istəyərkən həmin şkaf onun üstünə düşüb və Gülsəfa Hüseynova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakıda da qızın üstünə şkaf düşüb. Bakı Sosial Pedaqoji Kollecinin II kursunun 3 tələbəsinin üzərinə tədris mərkəzinin dəhlizində olan stend aşıb. Onların xəsarət almasına səbəb isə stendin şüşəsini silmələri olub.