15 saat telefonda gözlədi, cavab verən olmadı

-15-saat-telefonda-gozledi-cavab-veren-olmadi
Oxunma sayı: 684

“Qafqazinfo”nun məlumatına görə, bu barədə The Sydney Morning Harald məlumat yayıb.

Müştəri Endryu avqustun 2-si saat 19:00 radələrində Nyu-York-a uçuşunu təsdiqləmək üçün zəng etdiyini bildirib. Avto-cavabı eşidən Kan operatorun cavabını gözləməyə qərar verib. O, telefonu səs ucaldıcıya qoyub və öz işlərini görməyə davam edib. Cavab gözlədiyi müddətdə Kan öz işləri ilə yanaşı Menecment haqqında kitabın 200 səhifəsini də oxuyub. Səhər saat 11-də zənginə cavab ala bilməyən Kan dəstəyi asıb.

Endry Kan bir daha Qantas aviaşirkətinin xidmətindən istifadə etməyəcəyinə qərar verib. Aviaşirkət rəsmiləri isə məsələni şərh etməkdən imtina edirlər.

Eldar Tanrıverdiyev