“Qafqazinfo” xəbər verir ki, əsas gəliri neftdən olan və ölkəsi bu təbii sərvətin satışından sutkada 1 milyard dollar qazanan kralın ölümü dünya bazarında neftin qiymətində artımla müşahidə olundu. “Forbes”in hesablamalarına görə hələ 2013-cü ildə kralın sərvəti 63 milyard dollar təşkil edirdi. Təsadüfi deyil ki, Ər-Riyadda qızıl plitələrlə bəzədiləcək yeni metro stansiyasının inşasının bütün maliyyə xərclərini kral öz büdcəsindən ödəmişdi.
30 dəfədən çox evli olan kral islam qaydalarına uyğun olaraq 4 qadınla rəsmi evlidir. Çoxuşaqlı ata olan kralın 15 oğlu və 20 qızı var. Son oğlu doğulanda Abdullanın 79 yaşı olub.
2005-ci ildə hakimiyyətə gələn kral Abdullanın ilk tapşırığı yeddi min şahzadədən ibarət kral ailəsinin üzvlərinə dövlət xəzinəsindən istifadəni qadağa etmək olub. O, həmçinin krallıqda ənənni salamlaşma əlaməti olaraq monarxın əlini öpməyi qadağan edərək bunu “əl sıxma” ilə əvəzləmişdi. Kral o cümlədən, 2005-ci ildə gənclərin qərb universitetlərində oxumağını təmin etmək üçün dövlət proqramı həyata keçirmişdi. Abdulla 2007-ci ildə Vatikana səfər etmiş və bununla da, Roma Papası ilə görüşən ilk Səudiyyə kralı olaraq tarixə keçib.
Abdullanın kralllıq etdiyi dönəmdə universitetlərdən birinə şahzadə qadınlar rektor olaraq təyin edilir və bununla da krallıq tarixində qadınlara ilk dəfə olaraq yüksək vəzifə həvalə edilir.
Kralın sevimli məşğuliyyəti isə dəvə yarışları və şahin ovu olub.
Son xəbərlər
Son Xəbərlər