“Qafqaznfo” TQDK-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb və bu proses avqustun 5-dək davam edəcək.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidirlər.
İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdirlər.
Müsabiqəyə yalnız iyulun 24-dən avqustun 5-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.