“... ABŞ və Rusiya xüsusi məsuliyyət daşıyır”

-abs-ve-rusiya-xususi-mesuliyyet-dasiyir
Oxunma sayı: 1525

Vyanada səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov Suriya məsələsində ABŞ və Rusiyanın birgə fəaliyyətindən danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir “BMT Təhlükəsizlik Şurası səviyyəsində qəbul edilən qərarların yerinə yetirilməsinə görə ABŞ və Rusiya xüsusi məsuliyyət daşıyır”-deyə bildirib.

S.Lavrov onu da vurğulayıb ki, Rusiya Suriya hökuməti ilə, Birləşmiş Ştatlar isə müxalifətlə fəal işləməyi öhdəliyinə götürüb.


Aysel Kərimova