“Qafqazinfo” affa.az saytına iistinadən xəbər verir ki, AZAL – “İnter” matçının 87-ci dəqiqəsində “İnter” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub
“Xəzər Lənkəran” – “Qarabağ” matçının 52 və 67-ci dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimələnib.
“Rəvan” – “Bakı” matçının 45+1-ci dəqiqəsində “Rəvan” klubunun məşqçisi Gündüz Hindal texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə ödəyəcək.
“Qəbələ” klubunun baş məşqçisi Yuri Syominin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat ziyana düşüb. “Simurq” – “Neftçi” matçının 45+1-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Yunuszadə aqressiv hərəkətə görə 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunub Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilmişdir. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı kobud oynamadığı və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova göstərilmiş qırmızı vərəqəni ləğv edib
Son xəbərlər
Son Xəbərlər