AŞPA prezidenti Oqtay Əsədovdan üzr istədi

-aspa-prezidenti-oqtay-esedovdan-uzr-istedi
Oxunma sayı: 1721


“Qafqazinfo” xəbər verir ki, iclası açan AŞPA prezidenti Ann Brössor çıxışçıların yerini səhv salıb. Belə ki, çıxışı spiker Oqtay Əsədov etməli olduğu halda o sözü nazir Elmar Məmmədyarova verib. Sonra isə səhvinə görə üzrxahlıq istəyib.

MM sədri Oqtay Əsədov isə AŞPA prezidentinin ünvanına replika deyib: “Ona görə çıxışların yerini səhv salındı ki, söhbətə başlayan kimi Azərbaycana qarşı hücuma keçdiniz”. 

A. Brössor bir daha spikerdən üzrxahlıq edib: “Təbii ki, sizin parlamentdəyik, siz ev sahibisiniz və birinici sözü sizə verməliydim”. 

Günel Türksoy