“Atletiko” yarımfinalda - Video

-atletiko-yarimfinalda
Oxunma sayı: 1481

İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunları davam edir.

"Qafqazinfo" xəbər verir ki, “Atletiko” səfərdə “Eybar”ın qonağı olub. Qarşılaşma heç-heçə yekunlaşsa da ilk oyunda qazanılan qələbə sayəsində “Atletiko”  mərhələni adlayıb.

“Eybar” - “Atletiko” 2:2

Qollar: Ximenez, 49 (0:1), Enrik, 73 (1:1), Leon, 81 (2:1), Xuanfran, 85 (2:2)

Qeyd edək ki, ilk oyun 0:3 hesabı ilə “Atletiko” Madridin qələbəsi ilə yekunlaşmışdı.