Ermənistanın keçmiş baş naziri və hazırda parlament üzvü Qrant Baqratiyanın Ermənistanın nüvə silahına sahib olması və ondan təhlükəsizliyinin təmini məqsədilə istifadə edə biləcəyi ilə bağlı açıqlamaya Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin sözçüsü Maja Kocijancic münasibət bildirib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, M. Kocijancic Avropa İttifaqının Qrant Baqratiyanın bu bəyanatına hələ ki, şərh vermək istəmədiyini söyləyib.
“Bizim nüvə silahındən istifadə edənlərə qarşı mövqeyimizi bilirsiniz. Bizim münasibətimiz hər kəsə aydındır. Lakin yenə də mən bunu yoxlayacağam”, - deyə sözçü bildirib.
Son xəbərlər
Son Xəbərlər