Avtobusun yolu dəyişdirildi

-avtobusun-yolu-deyisdirildi
Oxunma sayı: 1348

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq edib.

Qafqazinfo” Agentliyə istinadən xəbər verir ki, müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib. Belə ki, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək.