“Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edəcək. Avropa Olimpiya Komitəsinin Prezidentinin sədrliyi ilə hər il keçirilən bu tədbirdə qurumun Icraiyyə Komitəsinin üzvləri, 49 ölkənin Milli Olimpiya Komitələrinin Prezidentləri, Baş katibləri, nümayəndə heyətlərinin rəhbərləri (Şef de Missionlar) və digər nümayəndələr iştirak edir.
Qeyd edək ki, tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə hesabat veriləcək və hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.
Son xəbərlər
Son Xəbərlər