““Sumqayıt” azarkeşlərinə təşəkkür edirəm, komandamzı çox yaxşı qarşıladılar. Uzaq yol gəldikləri üçün öz azarkeşlərimizə təşəkkür edirəm. Oyuna gəlincə, komandamızın üzərində təzyiqlər var idi. Niyə problemimiz var idi, bunu çox yaxşı bilirəm. Böyükhesabla qələbə qazansaq da, üzərimizdəki təzyiq meydanda hiss olunurdu. Ümid edirəm ki, bundan sonra səhvlər etməyəcəyik.Bundan sonra futbolçularıma 1-2 gün istirahət verəcəm ki, ailələrinin yanında olsunlar. Milliyə gedən futbolçulara da uğurlar arzu edirəm".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"la oyunun nəticəsinə münasibət bildirərkən deyib.
O, “Sumqayıt”ın qapısına təyin olunan penalti epizoduna münasibət bildirib:
"Hər dəfə fikir bildirəndə düzgün olmur. Əgər hər bir epizoda fikir bildirəcəyiksə...Bu haqda danışmaq istəmirəm. Son vaxtlar hakimin qərarına fikir bildirmək dəbdədir. Məncə, müzakirələr heç kimə fayda verir. Belə fikir bildirməklə bəlkə də, azarkeşlərin futbola sevgisini azaldırıq".
Qurbanov 10 futbolçunun Azərbaycan milli komandası ilə təlim-məşq toplanışına getməsindən də danışıb:
"Açığı, əvvəlcədən razılıq olmuşdu. Antalya toplanışı zamanı millinin məşqçiləri ilə müzakirəmiz olmuşdu. Bu, tək bizim üçün deyil, bütün komandalara aiddir. Mən həmişə demişəm ki, fiziki cəhətdən heç bir futbolçudan narazı deyiləm. Amma belə məqamlara komanda bir yerdə olmalıdır. Sadəcə, bir yerdə ola bilməməyimizdən narahatam. Məncə, çox təsiri olmayacaq".
Son xəbərlər
Son Xəbərlər