Azərbaycan finalda…- - Video

-azerbaycan-finalda-
Oxunma sayı: 4090


“Qafqazinfo” xəbər verir ki, Danimarkanın Kopenhagen şəhərində "Eurovision-2014" mahnı müsabiqəsinin birinci yarımfinalında  Azərbaycan, Latviya, Estoniya, İsveç, İslandiya Albaniya, Rusiya, Ermənistan, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Hollandiya, Monteneqro, Macarıstan təmsilçiləri səhnəyə çıxıblar. Səsvermə nəticəsində Azərbaycan,  Rusiya, Ermənistan, Monteneqro, Macarıstan, San Marino, Ukrayna, İsveç, Hollandiya və İslandiya finala vəsiqə qazanıb. 

Qeyd edək ki, Azərbaycanı bu yarışmada Dilarə Kazımova "Start a Fire" mahnısı ilə təmsil edir.