Azərbaycanda batalyon komandiri qətlə yetirildi

-azerbaycanda-batalyon-komandiri-qetle-yetirildi
Oxunma sayı: 10023



Azərbaycan Ordusunda qətl törədilib.  “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb. Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəyib. Zabit aldığı güllə yarasından dünyasını dəyişib.

 Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır.