Azərbaycanda dəhşətli cinayət - - Fotolar

-azerbaycanda-dehsetli-cinayet-
Oxunma sayı: 4204


Ev sahibinin oğlu Vidadi Hüseynovun yataq otağına daxil maskalılar ondan evdə olan pul və zinyət əşyalarını verməsini tələb edib. Qonşuların ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, Vidadinin həyat yoldaşını bıçaqla hədələyən oğrular evdə olan zinyət əşyalarını və 600 manat pulu götürüb. Daha sonra oğrular Vidadi Hüseynova bıçaqla 3 zərbə vuraraq qaçıblar.

Qeyd edək ki, Vidadi Hüseynovun 2 övladı var. Hadisə baş verən vaxt azyaşlılar digər otaqda olub. Yaralı dərhal qohumların köməyilə Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılıb. Əməliyyat olunub. Xəstəxanadan aldığımız məlumata görə, hazırda xəstənin vəziyyəti ağırdır.

Tərtər rayon polis şöbəsindən bildirdilər ki, naməlum şəxslər zərərçəkənlə əlbəyaxa olub. Bıçağı da müqavimət göstərən zaman vurublar.

Hazırda cinayət törətmiş şəxslərin axtarışı davam edir.

Faktla bağlı Tərtər rayon PŞ də CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5 maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.