Azərbaycanda yarış keçirildi

-azerbaycanda-yaris-kecirildi
Oxunma sayı: 1151


Yarışı giriş sözü ilə açan Neftçi İdman Klubu İB-nin Kütləvi bədən tərbiyəsi üzrə idman şöbəsinin meneceri Akif Məmmədovun çıxışından sonra AR Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən elektron qeydolunma sisteminin tətbiqi ilə ilk dəfə olaraq keçirilən yarışa  start verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə “Velopark”ərazisində keçirilən açıq yarışda Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və digər güc strukturları,  eləcə də universitetlərin, idman klublarının də qatıldığı yarışda 70-ə yaxın idmançı iştirak edib.  Gərgin keçən yarışda kişilər arasında Şənlik Fətəliyev (Daxili Qoşunlar) 3.2 km məsafədə 16 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini qabaqlayıb finiş xəttinə birinci çatıb. Qalibdən təxminən bir dəqiqə geri qalan Vladislav Tuzov (Alp klub) ikinci, Süleyman Əliyev isə üçüncü yeri tutub. Qadınların yarışında isə  Elina Çerpokova (BSU Litsey) verilmiş 2.1 km məsafə üzrə 12 nəzarət məntəqəsində qeyd olunaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnib. Tatyana Qəniyeva (Alp klub) ikinci, Yuliya Karabut (Ukrayna) isə üçüncü olub. 

Neftçinin daxili komanda yarışında isə Maddi Texniki Təchizat İdarəsinin komandası 96 xal ilə bütün rəqiblərini geridə qoyaraq birinci olub. Qalibdən 6 xal geri qalan Mədən Geofizika komandası ikinci, H.Əliyev adına Bakı Neft Emalı Zavodu isə üçüncü olub.