Tədbir çərçivəsində müxtəlif tematik mövzuları əhatə edən təlimlər keçirilib. Belə ki, “Xarici məhkəmə qərarlarının icrası”, “Beynəlxalq qanunvericiliyin milli səviyyədə implementasiyası”, “Krizis vəziyyətində qərarların verilməsi” və s. mövzularda keçirilən təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanmış, onların tədbirlərdə qrup şəklində iştirakı təmin edilib.
Qeyd olunmalıdır ki, peşəkar alman hüquqşünasları tərəfindən keçirilən təlimlər GİZ tərəfindən qısametrajlı səndli film şəklində qeydə alınmış və yaxın günlərdə həmin filmin nümayiş etdirilməsi gözlənilir.
Tədbirdə ölkəmizi Konstitusiya Məhkəməsi, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Ədliyyə Nazirliyi və s. qurum və qeyri-hökumət təşkilatlarının əməkdaşları təmsil ediblər.
Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) onun həmtəsisçisi, Vəkillər Kollegiyasının üzvü Gülnar Qurbanova və Təşkilatın sədr müavini Fərhad Nəcəfovun şəxsində təmsil olunub.
Son xəbərlər
Son Xəbərlər