Əli Həsənov erməni girovluğunda olan kəlbəcərlilərdən danışıb.
“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, nazir müavini ermənilərin əllərində olduğu məcburi köçkünlərə müxtəlif ləkələr yaxdıqlarını deyib:
"Deyirlər onlar diversantdırlar. Onlar öz topraplarına gediblər. Qınamaq olmaz. Onlar əsl vətənpərvər və gənclərimizə nümunədirlər. Əgər onlar öz kəndlərinə gediblərsə bunun harası diversantlıqdır?. İndi açılmamış cinayətləri ermənilər onların üzərinə atacaqlar. Niyə emənilərə Beynəlxalq Qızıl Xaç Komitəsinə onlarla görüşə icazə vermirlər. Çünki onlar azərbaycanlılara işgəncələr verirlər. Ona görə onlara görüş təyin etmirlər. Artıq prezident girovlar məsələsini öz diqqətində saxlayır və məsələyə nəzarət edir ".
Komitə sədri ATƏT-in Minsk qrupunun öz mahiyyətini itirdiyini və Azərbaycan xalqının bu quruma inanmadığını qeyd edib:
“Minsk qrupu ölkələri son vaxtlar etimad sözünü ortaya atıblar. Ancaq bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy, gedib o etimadı ermənilərə öyrətsinlər, o şərti ermənilərin qarşısında qoysunlar”.