Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov da iştirak edib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, universitetin rektoru, professor Gülşöhrə Məmmədova tədbir iştirakçılarını salamlayaraq görkəmli alim və dövlət xadimi Əziz Əliyevin böyük xidmətlərindən danışıb.
ATU-nun prorektoru Rauf Bəylərov Əziz Əliyevin Azərbaycanda səhiyyənin inkişafındakı əvəzolunmaz xidmətləri barədə geniş məruzə ilə çıxış edib.
AzMİU-nun İctimai fənlər kafedrasının dosenti İzzət Musayeva geniş məruzə ilə çıxış edib.
İctimai fənlər kafedrasının dosenti Könül Əliyeva da bu tarixi şəxsiyyətin xalqımız və dövlətimiz üçün gördüyü böyük işlərdən, onun İranda və Dağıstanda çalışdığı illərdə milli məsələyə önəm verməsindən, milli kadrların yetişdirilməsindəki xidmətlərindən danışıb.
Son xəbərlər
Son Xəbərlər