“Bakcell” Ulduzum Bahar lotereyasının nəticələrini elan etdi

-bakcell-ulduzum-bahar-lotereyasinin-neticelerini-elan-etdi-
Oxunma sayı: 1230


Lotereyada iştirak etmək üçün əsas şərtlərdən biri ən azı 5 AZN xərcləməklə Ulduzum tərəfdaşlarının təqdim etdiyi xidmətlərin birindən Ulduzum kodu vasitəsilə endirim almaq və xərclənən hər 5 AZN üçün 1 uduş şansı əldə etmək idi. Xərclənən məbləğ 20 AZN-ə çatdıqdan sonra şanslar 2 dəfə artırdı və hər bir iştirakçı xərclədiyi 15 AZN üçün 3 və 20 AZN üçün 4*2=8 uduş şansı qazana bilirdi.  

Lotereyada 70 nəfər Bakcell abunəçisi ALOV smartfonlarını udub. ALOV smartfonunu qazanan iştirakçılardan biri 600 uduş şansına malik olub. 

İngiltərənin Mançester şəhərinə 2 nəfərlik səyahət kuponunu isə 11 uduş şansı ilə lotereyanın əsas qalibi elan edilmiş Aygün Ələkbərova qazanıb. “İlk öncə, Bakcell şirkətinə abunəçilərə belə imkan yaratdığı üçün təşəkkür edir və bu kimi şansların gələcəkdə də davam edəcəyinə ümid edirəm. Bir çox Mançester Yunayted azarkeşlərinin arzusunda olduğu bu qalibiyyət mənim üçün gözlənilməz oldu və mənə sevinc bəxş etdi. Şübhəsiz ki, qalibi olduğum bu müsabiqə futbola olan marağımın daha da artmasında əvəzsiz rol oynadı”, xanım Ələkbərova dedi. 

Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilər isə lotereya bitdikdən sonra Bakcell şəbəkəsi daxilində 20 dəqiqəlik pulsuz danışıq hədiyyəsi qazanıblar.

ALOV smartfonlarını qazanan qaliblərin adlarını öyrənmək üçün bu linkə daxil olun: http://ulduzum.az/lottery.php?lang=az&opt=winners

Öz müştərilərini motivasiya etmək, ruhlandırmaq və fayda əldə etməsinə imkan yaratmaq üçün Bakcell Ulduzum proqramı bu cür layihələri gələcəkdə də davam etdirməyi planlaşdırır. 

Bakcell şirkəti bu proqram çərçivəsində bütün abunəçilərinə ən müxtəlif sahələr üzrə bir sıra üstünlüklər və xidmətlər təklif edir. 

Proqrama qoşulmaq olduqca asan və pulsuzdur. İstənilən abunəçi “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollayaraq Ulduzum proqramına üzv ola bilər. Daha ətraflı məlumat üçün

www.ulduzum.az səhifəsinə daxil olun.