“Bakcell”dən Ulduzum mobil applikasiyası

-bakcellden-ulduzum-mobil-applikasiyasi-
Oxunma sayı: 766


Ulduzum abunəçiləri mobil applikasiyanı telefona yüklədikdən sonra yerləşdikləri əraziyə ən yaxın olan Ulduzum tərəfdaşı haqqında məlumat ala, Ulduzum endirim kodu əldə edə, gün ərzində istifadə edilməmiş imkanlar, xərclənən və endirimli məbləğ haqqında məlumat öyrənə, endirim təqdim edən tərəfdaşların siyahısına baxa və  digər yeniliklər barədə ətraflı məlumatı əldə edə bilərlər.

Android əməliyyat sistemli mobil cihazlara Ulduzum apllikasiyasını https://goo.gl/pOci5l , IOS əməliyyat sistemlil cihazlara  https://goo.gl/KZKuta linkindən yükləmək olar. 

Abunəçilərinin sayı 1 milyondan  artıq  olan Ulduzum sadiqlik proqramının tərəfdaşları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.