“Qafqazinfo” gənclər və idman nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, 105.000 tələbə-gəncin iştirak etdiyi sorğuda 24.182 sorğu blankı elektronlaşdırılıb. Onlardan 12.472 nəfəri kişi, 11.714-ü isə qadındır. 4.048 nəfəri 18 yaş, 6.005 nəfəri 19 yaş, 9.612 nəfəri 20 yaş, 2.483 nəfəri isə 21 yaş həddindədir. Tələbələrdən 13.584-ü Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6.703 nəfəri kişi, 6.881nəfəri isə qadınlardır.
Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə-gənclər arasında Avropa Oyunlarına daxil bu və ya digər idman növləri üzrə kişilər arasında 3.941 nəfər güləşə, 3.812 nəfər boksa, 3.437 nəfər isə cudoya azarkeşlik etmək istəyini bildiriblər.
Statistikaya əsasən ən çox azarkeşlik edilən idman növləri aşağıdakılardır:
1) Voleybol – 9.191 nəfər
2) Su idman növləri – 6.555 nəfər
3) Bədii gimastika – 6.059 nəfər
4) Velosiped – 5.485 nəfər
Qadınlar arasında isə 6.059 nəfər voleybola, 4.379 nəfər bədii gimnastikaya,
3.646 nəfər isə su idman növlərinə azarkeşlik etmək istəyini bildiriblər. Qeyd edirik ki, sorğuda iştirak etmiş respondentlərə bir neçə idman növünü seçmək imkanı verilmişdir.
Cari ilin mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılması prosesi bu həftə ərzində yekunlaşacaq.
Qeyd edək ki, elektronlaşdırılmış bütün sorğu anketləri vahid məlumat bazasında toplanılır.
Son xəbərlər
Son Xəbərlər