“Qafqazinfo” xəbər verir ki, Avstriya Parlamentinin (Milli Şura) deputatı, Elm komitəsinin sədri Andreas Karlsbök ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq sahəsində artıq bir sıra mühüm addımların atıldığı bildirilib, diplomların qarşılıqlı tanınması haqda müqavilənin imzalanması və uğurla həyata keçirilməsi məmnunluqla qeyd edilib və elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. E.Qasımov səfərin əsas məqsədi barəsində məlumat verib, komitə sədri onun azərbaycanlı həmkarları – deputatlar və parlamentin Elm və təhsli komitəsinin rəhbərliyi ilə görüşmək və aparıcı təhsil ocaqları, o cümlədən BANM-nı ziyarət etməsi üçün Azərbaycana səfərə dəvət olunub.
Komitə sədri iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin Avstriya üçün vacib olduğunu qeyd edib. Avstriyada Azərbaycana marağın artırılması üçün müvafiq addımların atılmasının vacibliyi diqqətə çatdırılıb.
ARDNŞ-nin nümayəndə heyətinin Leoben Montana Universitetində universitetin rəhbərliyi, o cümlədən universitetin Ali Elm Şurasının üzvləri ilə də görüşü olub. Danışıqlarda BANM-ın qarşısında duran vəzifələr, onun yeni yaranmış təhsil ocağı olması, Azərbaycanda neft-qaz sənayesi üçün yeni nəsil ixtisaslaşmış peşəkar mütəxəssislərinin hazırlanması üçün ölkə rəhbərliyi və ARDNŞ rəhbərliyinin iradəsi ilə yaradılması qeyd edilib. O cümlədən BANM-ın hazırkı fəaliyyəti və əldə olunmuş nailiyyətlər, eyni zamanda tələbatları və ehtiyacları haqqında geniş məlumat verilib.
ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin Leoben Universiteti ilə il yarımdan artıq müddət ərzində apardığı yazışma və danışıqlar, habelə birbaşa BANM ilə universitet arasında qurduğu əlaqələrin və münasibətlərin uğurla aparılması və hazırkı danışıqların çox yüksək səviyyədə aparılması nəticəsində hər iki təhsil ocağı arasında Anlaşma Memorandumu imzalanıb.
Bu memorandumun əsasında əməkdaşlığın müvafiq formada qurulması üçün, xüsusilə tələbə mübadiləsi, BANM-ın müəllim və professor heyəti üçün təkmilləşmə kursları, tələbələrin yay tədris kurslarına cəlb olunması, əsasən də məzunlara ikili diplomların verilməsi, xüsusilə Avtomatik fakültəsinin Leoben Universiteti tərəfindən qurulması kimi mühüm fəaliyyəti təşkil etmək məqsədilə əsasında yaxın gələcəkdə əsaslı müqavilənin imzalanacağına dair ilkin razılaşma əldə olunub.
Son xəbərlər
Son Xəbərlər