Bakı Ali Neft Məktəbində konfrans keçirilib

-baki-ali-neft-mektebinde-konfrans-kecirilib
Oxunma sayı: 726


“Qafqazinfo” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı,  şərqşünas-alim, akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq, onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib.  E.Qasımov“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfransınAli Məktəbdə keçirilməsiningənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlət olduğu, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb.  

Mübariz Qurbanlı çıxış edərək, ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb. O, ölkədə dini radikalizmin yayılmasınınqarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. M.Qurbanlı mövzunun aktual olduğunuqeyd edərək,tələbələrin bu istiqamətdə maarifləndirilməsininölkənin təhlükəsizliyi naminə vacib olduğunu  deyib. 

Akademik Vasim Məmmədəliyev müxtəlif  dinlərin  yaranmasından söz açıb və  ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması  və onların siyasiləşdirilməsi haqqında məlumat verib.