Tədbirdə “Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin üzvləri, BANM-in əməkdaşlıq etdiyi transmilli şirkətlərin nümayəndələri,orta məktəblərin şagirdləri, BANM-in tələbələri iştirak etdilər.
Tədbir iştirakçılarını salamlayan BANM-inTədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətovali təhsil müəssisəsinin 3 illik fəaliyyəti dövründə qazandığı uğurlar, burada mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar haqqında danışdı. O, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin təcrübə ilə vəhdətinin təmin olunduğunu qeyd etdi. Prorektor R.Hümbətov orta məktəblərin yuxarı sinif şagirdlərini texniki yaradıcılığa cəlb etmək, onlarda mühəndislik fəaliyyətinə həvəs oyatmaq və gələcəkdə texniki ali məktəblərdə təhsil almağa sövq etmək məqsədilə “Gənc mühəndislər”klubunun yaradıldığını bildirdi və bu klubun son bir il ərzində bir sıra orta məktəblərdə gənc mühəndislər dərnəklərinin təşkili üçün atdığı addımlardan bəhs etdi. Prorektor “Texniki yaradıcılığa maraq” sərgisinin klubun fəaliyyətinin canlandırılmasına xidmət edəcəyinə, eyni zamanda, şagirdlərdə və tələbələrdə texniki yaradıcılığa böyük həvəs oyadacağına əmin olduğunu bildirdi. Tədbirdə iştirak edən transmilli şirkətlərin nümayəndələrinə müraciət edərək R.Hümbətovonları orta məktəblərdə yaradılan gənc mühəndislər dərnəklərinin texniki vəsaitlər, alətlər və avadanlıqlarla təchiz olunmasında yardımçı olmağa çağırdı. O, “Badamdar” klubunun rəhbəri Elçin Abbasovun tədbirin təşkilində xüsusi rol oynadığını qeyd edərək, onun gənclərə texniki yaradıcılığın təbliği sahəsindəuzun illər boyu uğurla çalışdığını vurğuladı və “Texniki yaradıcılığa maraq” sərgisinin təşkilinə verdiyi töhfəyə görə ona minnətdarlığını bildirdi.
Son xəbərlər
Son Xəbərlər