Bakı Ali Neft Məktəbinin könüllüləri ilə görüş

-baki-ali-neft-mektebinin-konulluleri-ile-gorus
Oxunma sayı: 813


“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  icraçı direktoru, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev iştirak edib. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsindən danışaraq, bu əlamətdar idman hadisəsinin tarixi bir hadisə olduğunu, ölkəmizin, o cümlədən milli dəyərlərimizin təbliğində böyük imkanlar yaratdığını deyib. O, Azərbaycan prezidenti İlham Əliyevin könüllülərin fəaliyyətinə yüksək dəyər verdiyini bildirib. Elmar Qasımov Azərbaycanın Birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tədbirin bağlanış mərasimində könüllülərə etdiyi təşəkkürdən danışaraq bildirib ki, bu Oyunlar könüllülər üçün ünsiyyət, dünyagörüşü, yeni mədəniyyətlərlə tanışlıq üçün bir vasitə olmaqla yanaşı, onlar üçün böyük təcrübə olub, ölkəmizdə könüllülük institutu formalaşıb. O,  deyib ki, tələbələr bu müddət ərzində könüllü kimi fəaliyyət göstərərək vətənpərvərlik və fədakarlıq nümayiş etdiriblər. Elmar Qasımov oyunların yüksək səviyyədə keçirilməsində xüsusi xidmət göstərmiş BANM-in könüllülərinə təşəkkürünü bildirib.