Bakı Ali Neft Məktəbinin tələbələri Çində

-baki-ali-neft-mektebinin-telebeleri-cinde-
Oxunma sayı: 805


“Qafqazinfo” xəbər verir ki, bu beynəlxalq tədbirdə bir sıra tanınmış şəxslər, “SPE” təşkilatının prezidenti Natan Mihan, “SPE” Çin bölməsinin prezidenti Zanq Ley, həmçinin Avropa və Asiyanın, o cümlədən Avstraliyanın ali təhsil müəssisələrini təmsil edən tələbələr iştirak ediblər.  Forum çərçivəsində iştirakçılar üçün bir sıra tədbirlər təşkil olunub. Tələbələr öz ölkəsi, təmsil etdiyi ali təhsil müəssisəsi ilə bağlı təqdimatlarla çıxış ediblər. Baki Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi, həmçinin “SPE”-nin BANM bölməsinin prezidenti Fidan Səlim-zadə  təqdimatla çıxış edərək təmsil etdiyi bölmə haqqında forum iştirakçılarını məlumatlandırıb. O, eyni zamanda, BANM-in fəaliyyətindən söz açıb, Ali Məktəbin beynəlxalq əlaqələri haqqında məlumat verib. Fidan Səlim-zadə cəmiyyətin BANM-dəki fəaliyyətindən də danışıb. O, həmçinin “SPE”-nin digər bölmələrindən də söz açaraq, bu cəmiyyətin Azərbaycandakı ümumi fəaliyyəti haqqında geniş məlumat verib. 
Təmsilçilərimiz forum çərçivəsində keçirilən müxtəlif yarışlarda iştirak ediblər, keçirilən “Neft-qaz mühəndisliyi üzrə bilik yarışı”nda BANM-ı təmsil edən komanda yarımfinala vəsiqə qazanıb.

Forum çərçivəsində keçirilən “Mədəniyyət günü”ndə Azərbaycan təmsilçiləri Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri, musiqisi, incəsənəti, milli dəyərləri, həmçinin Azərbaycan mətbəxi haqqında geniş məlumat veriblər. 
Tədbir zamanı xarici tələbələrə Azərbaycanla bağlı suallar verilib və qalib gələn iştirakçılara Azərbaycanı xarakterizə edən müxtəlif hədiyyələr təqdim olunub.