“Qafqazinfo”nun məlumatına görə, Gənclər və İdman Nazirliyinin “Sağlam həyat tərzi” layihəsi çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşası ilə qastrol səfərində olan Bakı Uşaq Teatrı dünən səfərdən qayıdıb. Teatr aprelin 21-24-ü Bərdə, Mingəçevir, Ağcabədi, Tərtər və Ucar rayonlarında yuxarıda adı çəkilən tamaşa ilə çıxış edib. Bir saat on beş dəqiqə davam edən tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Rollarda İlhamə Əhmədova, Rauf Şahsuvarov, Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov, Xəyalə Meydanova, Könül Şahbazova, Şəbnəm Nəsirova, Türkan Şahmarlı, Şahin Kazımov çıxış edib.
Son xəbərlər
Son Xəbərlər