“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, həmin zavod söküldükdən sonra ərazi hansısa bir mülkiyyətçi tərəfindən 3 metrlik hündürlüyə malik hasarla əhatələnib. Bu hasarla yaşayış binasının arasında isə təxminən 2 metr məsafə var. Sakinlər deyir əvvələr bu ərazilər ağacların çoxluğundan bağçanı xatırladırdı. Ancaq mülkiyyətçi gələndən sonra sakinlərə sözün əsl mənasında gün verib işıq vermir. Daha dəqiq, şikayətçilərin evlərinin qarşısındakı artırmaların da bir müddət əvvəl sahibkar tərəfindən sökülməsi əsəbləri lap tarıma gətirib. Deyirlər ki, söküntü işləri aparılanda bizə yağlı vədlər verilirdi.
Elə sakinlər hay küy salmışdı ki, əraziyə Sabunçu rayon İcra hakimiyyətinin Bakıxanov qəsəbə nümayəndəsi gəldi.O sakinlərin sularına cavab versə də binada yaşayanlar verilən cavabdan heç də razı qalmadı. Bizim suallarımıza cavab vermək üçünsə, qəsəbə nümayəndəsi bizi Sabunçu rayon icra hakimiyyətinə dəvət etdİ. Biz də dəvəti qəbul edərək işarə verilən yerdə yenidən görşdük. Bakıxanov qəsbə nümayəndəsi Rəfil Əliyev bildirdi ki həmin binanın arxa hissəi mülkiyyətçi tərəfindən özəlləşdirilib.Və binadan çıxan artırmalara dair bina sakinlərinin sənədi olmadığından onlar sökülüb. Qaldı ərazinin hündür hasarlarla əhatələnməsinə, müsahibim bu mülkiyyətçinin öz şəxsi lahiyyəsinə əsaslanır söylədi.
Bundan əlavə qəsəbə nümayəndəsi onuda bildirdi ki, həmin binanın ön və arxa hissəi artırmalardan azad edilərsə adı çəkilən ünvanda uşaqlar üçün oyun meydançasıda qurulacaq. Təki siz deyən olsun. Bütün işlər qanun çərçivəsində aparılsın.
Son xəbərlər
Son Xəbərlər