Bakıda güllə atıcılığı üzrə yarış

-bakida-gulle-aticiligi-uzre-yaris
Oxunma sayı: 1257




Yarışda Səbail rayonunun 16 orta məktəbinin komandası iştirak edib. Tərkibi 5 nəfərdən – 3 oğlan və 2 qızdan ibarət olan komandaların hər biri növbə ilə atıcılıq xəttinə çıxıb və müasir kiçik çaplı pnevmatik snayper tüfənglərin 5 dəfə atəş açmışlar Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi  Səbail rayon Təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləmiş, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən ediblər. 

Atıcılıq yarışlarının final turniri Dövlət Bədən Tərbi1yəsi  və İdman Akademiyasında keçirilib. Finala vəsiqə qazanan 3 məktəbin komandası atəş xəttinə çıxaraq öz məharətldərini göstəriblər. 
Səbail rayonunun məktəblərinin komandalarının   yarışına  yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 7 saylı orta məktəbin, 2-ci yerə 50 saylı orta məktəbin və 3-cü yerə isə 163 saylı orta məktəbin komandaları layiq görülüblər. 
Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilibdir. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  və  Dövlət Bədən Tərbi1yəsi  və İdman Akademiyasınnın rektoru, Mllət vəkili Ağacan Əbiyev faciənin dəhşətlərindən, bu gün gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyəti olduğundan danışıb, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirməyin vacibliyini daim ön plana çəkdiyini toplaşanların nəzərinə çatdırıblar. 
Yarışda  I, II və III yerləri tutmuş komandalar  müvafiq dərəcəli diplomlar və   qiymətli hədiyyələrə layiq görülüblər.