Bakıda məktəbdən qumbara tapıldı

-bakida-mektebden-qumbara-tapildi
Oxunma sayı: 1316

Bakı şəhərində yerləşən orta məktəblərin birindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai RPİ 34-cü PB-yə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Murad Əhməd