Bakıda narkotika, oğurluq və bıçaqlama cinayətləri

-bakida-narkotika-ogurluq-ve-bicaqlama-cinayetleri
Oxunma sayı: 1456



Səbail RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Tovuz rayon sakini Azər Paşayev, Beyləqan rayon sakini Mehdi Mehdiyev və Biləsuvar rayon sakini Nail Alışov şübhəli şəxs qismində RPİ-yə gətirilib. Onların üzərinə baxış keçirilərkən A.Paşayevdən 6 qramdan artıq, M.Mehdiyevə məxsus «Mercedes» markalı avtomobildən 5 qramdan artıq marixuana götürülüb. Müəyyən olunub ki, həmin narkotik vasitəni onlara N.Alışov satıb. 

Aprelin 15-nə keçən gecə, Bakı şəhər sakini Nail Allahverdiyevə məxsus M.Seyidov küçəsində yerləşən marketdən, qapını sındırmaq yolu ilə 276 manat və tütün məmulatı oğurlanıb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Salahov tutulub.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Yeganə Mehdiyeva tutulub. 

Aprelin 19-da F.X Xoyski küçəsində yaşayan Cəfər Cəfərovun yaşadığı evin zirzəmisindən məişət əşyaları oğurlanıb. Nərimanov RPİ 18-ci PB və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakinləri Peyman Alıyev və əvvəllər məhkum olunmuş Mehdi Mahmudov tutulublar. 

Martın 18-də Niyazi küçəsidə Bakı şəhər sakini Ramin Mahmudova məxsus mağazadan, qapını sındırmaqla 1459 manat oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Vəliyev tutulub. 

Aprelin 15-də Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini Elmir Seyidəhmədova sifət nahiyyəsindən bıçaqla xəsarət yetirmiş və o KTM-ya yerləşdirilib. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Samir Məmmədov tutulub.

Martın 30-dan aprelin 18-dək olan müddətdə Bakı şəhər sakini Şərait Dəmirovaya məxsus C.Cabbarlı  küçəsində yerləşən evindən, pəncərədən keçməklə 2 ədəd taxta qapı, 1 ədəd televizor, 1 ədəd xalça və məişət əşyaları oğurlanıb. Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Füzuli rayon sakini Röyal Əsədov tutulub.