29 aprel 2014-cü il tarixində 14:00-18:00 saatları arasında Park Bulvar AVM-də baş tutacaq və 30-yaxın mərkəzin iştirak edəcəyi sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Sərginin açılış konfransı isə 28 aprel 2014 cü il tarixində saat 11:00-da Azərbaycan Universitetində keçiriləcək. Layihənin rəhbəri Azərbaycan Universiteti Sosial iş proqramının koordinatoru Aygün Musayevadır.
Layihənin məqsədi Bakı şəhəri və rayonlarının ərazisində yaşayan əhalini icmada fəaliyyət göstərən reabilitasiya mərkəzləri və alternativ qayğı xidmətləri barədə məlumatlandırmaq, reabilitasiya və sosial xidmətlər göstərən mərkəzlərə dəstək verərək onların fəaliyyətlərini istifadəçilərin diqqətinə çatdırmaq, xidmət istifadəçilərinin ehtiyaclarını müəyyən etməklə onları müvafiq xidmətlərə yönləndirmək və beləliklə də, Azərbaycanda sosial xidmətlərin inkişafına töhfə verməkdir.
Sərgi Bakı şəhərinin 11 rayonunda və Sumqayıt şəhərində əlilliyi olan insanların reabilitasiyası üçün hansı növ xidmətlərin mövcud olması və hansı xidmətlərə ehtiyac duyulduğunun müəyyən edilməsi baxımından aktualdır. Əlil üzvü olan ailələri mövcud sosial reabilitasiya xidmətləri barədə məlumatlandırmaq, reabilitasiya xidməti göstərən mərkəzlər arasında rəqabəti gücləndirərərk hədəf qrupun ehtiyaclarına daha yaxşı cavab vermələrini stimullaşdırmaq əlilliyi olan insanların cəmiyyətə inteqrasiya prosesini intensivləşdirəcək.
Son xəbərlər
Son Xəbərlər