Bakıdakı xəstəxanada xəstə intihara cəhd etdi

-bakidaki-xestexanada-xeste-intihara-cehd-etdi
Oxunma sayı: 1729

Bakıda xəstə sərxoş vəziyyətdə müalicə aldığı xəstəxanada intihar etmək istəyib.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən T.Quliyev adına xəstəxanada qeydə alınıb.

Zaqatala rayon sakini 1973-cü il təvəllüdlü B.M. sərxoş vəziyyətdə xəstəxananın dördüncü mərtəbəsindən intihar məqsədi ilə özünü atmaq istəyib. Polis əməkdaşları onu fikrindən daşındıraraq intiharın qarşısını alıb.