“Bakı”dan “Simurq”a

-bakidan-simurqa-
Oxunma sayı: 776


“Qafqazinfo”klubun rəsmi saytına istinadən xəbər verir ki, Mindaugas Kalonas icarə əsasında mövsümün sonuna qədər komandamızda çıxış edəcək. Bu gün Zaqatala təmsilçisi ilə münasibətlərini rəsmiləşdirən 30 yaşlı futbolçu "Simurq"un heyətində 9 nömrəli forma geyinəcək. 

Qeyd edək ki, "Bakı"dan icarə əsasında heyətə qatılan litvalı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində cari mövsümdə 17 oyunda forma geyinib və 6 qol vurub. Ötən mövsüm isə "Rəvan"ın uğurları üçün çalışan Kalonas, 13 görüşdə 8 dəfə fərqlənməyi bacarmışdı.