Bank VTB (Azərbaycan) ASC-nin plastik kart sahibləri nağd pul vəsaitlərini Rusiyanın “VTB24”, həmçinin VTB-nin MDB və Gürcüstan ərazisində olan 11 500-dən artıq bankomatdan əldə edə bilərlər. Nağdlaşdırma əməliyyatını əlavə komissiya ödəmədən, yəni plastik kartı təqdim etmiş bankın şərtlərinə uyğun həyata keçirmək mümkündür.
VTB qrupun MDB və Gürcüstan ərazisində yerləşən bankomatları barədə ətraflı məlumatı əldə etmək və ən yaxın ATM-i müəyyənləşdirmək üçün, Android i iOS üçün proqram təminatını yükləmək kifayətdir. Həmçinin, “Apple Store”, “Android Market” və “Windows Phone”dan da müvafiq qurğular üçün proqramlar əldə etmək mümkündür. Proqram təminatında olan interaktiv xəritə vasitəsilə ən yaxın işlək bankomatı tapmaq, habelə bankomata aparan əlverişli piyada və ya avtomobil yolunu müəyyənləşdirmək mümkündür.
2011-ci ilin iyun ayından başlayaraq Bank VTB (Azərbaycan) öz müştəriləri üçün VTB qrupun MDB ölkələrində və Gürcüstan ərazisində fəaliyyət göstərən törəmə banklarının ATM-ləirndən nağd vəsaitlərini Bank VTB (Azərbaycan) ASC-nin mövcud tariflərinə uyğun əldə etməyə imkan verir.
Elektron xəritə barədə ətraflı məlumatı aşağıda göstərilmiş “link”lərdən öyrənmək mümkündür
Son xəbərlər
Son Xəbərlər