Bank VTB ölkə banklarının TOP 3-lüyünə daxildir

-bank-vtb-olke-banklarinin-top-3-luyune-daxildir
Oxunma sayı: 1006


2013-cü ilin birinci rübü ilə müqayisədə Bank VTB (Azərbaycan) ASC-nin aktivləri 110,7%-ə (205,371 mln. manata çatıb), kredit portfelinin həcmi üzrə isə 127,3%-ə (194,377 mln. manata çatıb) yüksəlib.  

Bundan əlavə, “APA-Economics” agentliyinin versiyasına görə Bank VTB (Azərbaycan) istehlak kreditlərinin artım dinamikası üzrə Azərbaycan banklarının siyahısında üçüncü yeri və kredit portfelində avtokreditlərin illik dinamikasında ikinci yeri tutur. Müştərilərinin sayına görə  VTB (Azərbaycan) habelə ölkə banklarının ümumi siyahısında 17-ci, kredit portfelinin həcminə görə 19-cu, bazardakı istehlak kreditlərinin payına görə isə 8-ci yerdədir.

Arayış üçün: Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.