BANM-də növbəti layihəyə yekun vurulub

-banm-de-novbeti-layiheye-yekun-vurulub
Oxunma sayı: 707

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunmuş tədbir keçirilib.

Qafqazinfo” xəbər verir ki,  BANM-in rektoru Elmar Qasımov tədbirdə qeyd edib ki, 2016-cı ildə BANM-in tələbələri və müəllimləri Gənclər Fondunun keçirdiyi müsabiqədə 12 qrant layihəsinin qalibi olublar və bu, çox sevindirici haldır.

Tədbirdə iştirak edən Fondun sədri Fərhad Hacıyev bildirib ki, BANM tələbələrinin belə layihələrdə iştirak edib qalib gəlmələri sevindirici haldır.

“Gənclər üçün İKT təlimləri” layihəsinin rəhbəri və BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlili bildirib ki, təlimin əsas məqsədi orta məktəb şagirdləri arasında elektrik, elektronika, robotiks və avtomatika mühəndisliyinə maraq yaratmaqdır.

Tədbirin sonunda şagirdlərə sertifikatlar və ARDUİNO Uno qurğuları hədiyyə olunub.